İsraildə hökumət əleyhinə aksiya keçirilib
İsraildə hökumət əleyhinə aksiya keçirilib

İsraildə hökumət əleyhinə aksiya keçirilib. Təl-Əvivdə nümayişçilər ölkə hökumətindən girovların azad edilməsi ilə bağlı müqavilə imzalamağı tələb ediblər.

Mitinq iştirakçılarının fikrincə, “Həmas”la razılaşmanın pozulması regionda vəziyyətin gərginləşməsinə səbəb ola bilər.

Dohadakı danışıqlardan sonra İsrailin danışıqlar qrupu razılaşma prosesində irəliləyişin mümkünlüyü ilə bağlı “ehtiyatlı nikbinlik” ifadə edib.

HƏMAS bildirir ki, İsrail atəşkəs danışıqlarına şərtlər əlavə edib və İsrailin baş naziri Binyamin Netanyahunun səylərini pozmaq üçün istifadə edir.