İsraildə girovların ailə üzvləri ölkə miqyasında aksiyalar elan edirlər
İsraildə girovların ailə üzvləri ölkə miqyasında aksiyalar elan edirlər

 
İsraildə girovların ailə üzvləri ölkə miqyasında aksiyalar elan edirlər.

Onlar sosial şəbəkə ilə yayılmış bəyanatda Qüdsdə baş nazirin iqamətgahı yaxınlığında, eləcə də Təl-Əvivdə “Begin Gate” və Kesariada baş nazirin evi yaxınlığında genişmiqyaslı aksiyaların keçiriləcəyini yazırlar.

Bununla yanaşı, hakimin qərarına əsasən, “HƏMAS” tərəfindən qaçırılan girovların azad edilməsi haqqında razılaşmanın bağlanması tələbi ilə davam edən tətil yerli vaxtla bu gün saat 18:00-da dayandırılmalıdır. Medianın yazdığı kimi, məhkəmə ümumi tətilin siyasi xarakter daşıdığını müəyyən edib.