İsraildə dünən baş vermiş hücuma görə “HƏMAS” məsuliyyəti öz üzərinə götürüb
İsraildə dünən baş vermiş hücuma görə “HƏMAS” məsuliyyəti öz üzərinə götürüb

 
Təl-Əvivdə, Yaffada dünən baş vermiş hücuma görə “HƏMAS” məsuliyyəti öz üzərinə götürüb.

Qruplaşmada dedikləri kimi, hər iki terrorçu Mohamad Mesei və Ahmed Himuni “HƏMAS”ın üzvü olub.

Yaffada dəmiryol vağzalı yaxınlığında baş verən atışma nəticəsində biri Gürcüstan vətəndaşı olmaqla 7 nəfər həlak olub. 16 nəfər xəsarət alıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları, hücumu həyata keçirən hər iki terrorçunun zərərsizləşdirildiyini bildirirlər.