İsrail və Qəzza sektorunun döyüşçüləri atəşkəs barəsində razılığa nail oldular
İsrail və Qəzza sektorunun döyüşçüləri arasında ikigünlük hərbi qarşıdurmadan sonra, Misir və BMT-nin vasitəçiliyi ilə, tərəflər atəşkəs barəsində razılığa nail oldular. Razılaşmaya baxmayaraq, bu gün Cənubi İsraildə məktəblər bağlı olacaq.
Münaqişə fonunda, Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp, İsrailə dəstək tərkibli bəyanatlar verdi və Fələstinliləri raketlərin buraxlmasının dayandırılmasına doğru çağırdı. Donald Trampın dediyinə görə, İsrailə qarşı törədilmiş terror aktları, Fələstinlilərə yalnız bədbəxtlik gətirəcək.
Dünən gecə ərzində raketlərin həyəcan səsi İsrailin Aşkelon şəhərində bir neçə dəfə eşidildi.
4-5 mayda Qəzzadan İsrail istiqamətinə 600 raket burxdılar. Cavab olaraq İsrail Qəzza sektorunda 320 hədəfi bombaladı. Bombalama nəticəsində İsrailin 4 vətəndaşı və Qəzzada 23 nəfər həlak oldu.