İsrail və Qəzza sektoru sərhədində yenə gərginlik yarandı.
Bu barədə məlumatı “Royter” agentliyi yayır.
Məlum olduğu kimi, cümə günü Filistinlilər hərzamanki demonstrasiya keçirirdilər, hansı ki, daha sonra münaqişəyə çevrildi.
Gərginlik zamanı 2 Filistinli gənc həyatını itirdi, 46-sı isə, yaralandı.
Bu qarşıdurmadan sonra, Qəzza Sektorundan İsrail istiqamətinə beş raket buraxıldı.
Onlardan biri yaşayış məntəqəsinə düşdü və yanğına səbəb oldu.
Buna cavab olaraq isə, İsrail də Qəzza Sektoruna qarşı hava artileriyası ilə hücum etdi.
“Royterin” məlumatına görə, Qəzza Sektoruna hücum zamanı “Hamasın” hərbi infrastrukturu zərər gördü.