İsrail Silahlı Qüvvələri HƏMAS-ın yüksək rütbəli rəsmisinin Tulkərm şəhərinə endirilən hava hücumunda öldürüldüyünü bildirib
İsrail Silahlı Qüvvələri işğal altındakı İordan çayının qərb sahilinin Tulkərm şəhərinə endirilən hava hücumu nəticəsində HƏMAS-ın yüksək rütbəli rəsmisinin öldürüldüyünü açıqlayıb.
İsrail Müdafiə Qüvvələrinin nümayəndəsinin sözlərinə görə, zərbə nəticəsində bu şəbəkənin “bir çox digər əməliyyatçıları” öldürülüb.
Bundan əlavə, Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, hücum nəticəsində ölənlərin sayı 18-ə yüksəlib.
Məlumat üçün bildirək ki, İsrailin həyata keçirdiyi hücumların hədəfi İordan çayının qərb sahilinin Tulkərm şəhərindəki qaçqın düşərgəsi olub.