İsrail səfirliyinin vasitəçiliyi ilə səhiyyə sahəsinin tələbələri Ukrayna universitetlərindən Gürcüstana sürətləndirilmiş qaydada köçürülmə edə biləcəklər
İsrail səfirliyinin vasitəçiliyi ilə səhiyyə sahəsinin tələbələri Ukrayna universitetlərindən Gürcüstana sürətləndirilmiş qaydada köçürülmə edə biləcəklər

 

Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin bilavasitə iştirakı ilə, hökumətin dəstəyi və İsrailin Gürcüstandakı səfirliyinin vasitəçiliyi ilə 2022-ci ilin fevralın 24 -də Ukraynada başlamış hərbi əməliyyatlar nəticəsində Ukrayna ali təhsil müəssisələrində təhsilini davam etdirə bilməyən və Gürcüstanda təhsillərini davam etdirmək arzusunu bildirən İsrail vətəndaşı olan səhiyyə sahəsində təhsil alan tələbələr sürətləndirilmiş prosedurlar vasitəsilə köçürülmə edə biləcəklər – bu barədə Təhsil Nazirliyinin yaydığı açıqlamasında qeyd olunur.

Qurumun məlumatına görə, Gürcüstanın Təhsil və Elm Nazirliyi beynəlxalq tələbələrə Dünya Tibb Təhsili Federasiyası (WFME) tərəfindən tanınan ingilisdilli tibb proqramları, eləcə də əczaçılıq və stomatologiya üzrə ingilis dilində tədris proqramları təklif edir.

” Nazirliyin müvafiq köçürülmə prosedurlarının sürətləndirilmiş şəkildə idarə edilməsinə, kreditlərin tanınmasına və tələbələrin müvafiq ali təhsil müəssisələrinə vaxtında qəbuluna mümkün qədər kömək etməsi vacibdir. Tələbələr Gürcüstanın səlahiyyətli ali təhsil müəssisəsinə müraciət etməli və təhsillərini davam etdirmək istəklərini bildirməlidirlər. Sonrakı zəruri prosedurlar Təhsil və Elm Nazirliyi tərəfindən sürətləndirilmiş qaydada həyata keçiriləcək. Bu barədə ətraflı məlumatı Gürcüstan Təhsil və Elm Nazirliyinin qaynar xətti : (995 32) 2 200 220 vasitəsilə əldə etmək olar” -deyə yayılmış məlumatda deyilir.