İsrail ordusunun Xan Yunisi atəşə tutması nəticəsində azı 9 nəfər həlak olub

11:51, 09.11.2024

İsrail ordusunun Qəzza zolağında Xan Yunis qəsəbəsini atəşə tutması nəticəsində azı 9 nəfər həlak olub. Bu barədə “Əl-Cəzirə” məlumat yayıb.

Yerli əhalinin verdiyi məlumata görə, İsrail hərbi qüvvələri köçkün əhalinin sığındığı çadırlara hücum edib.

Məlumatlara görə, Qəzza şəhərində məcburi köçkünlərin də olduğu məktəb binasının bombalanması nəticəsində azı 5 nəfər həlak olub.

Ümumilikdə, ötən sutka ərzində İsrail ordusunun Qəzza zolağında keçirdiyi əməliyyatda azı 39 nəfər ölüb, 123 nəfər yaralanıb. ”

BMT-nin İnsan Haqları İdarəsinin məlumatına görə, müharibə zamanı həlak olanların 70 faizə qədəri qadın və uşaqlardır. 50-dən çox ölkə BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasını İsrailə silah satışını dayandırmaq üçün təcili tədbirlər görməyə çağıran məktub imzalayıb.

Oxşar