İsrail ordusunun Qəzza zolağında son iki gündə keçirdiyi əməliyyatda azı 150 nəfər həlak olub

13:30, 04.01.2025

İsrail ordusunun Qəzza zolağında son iki gündə keçirdiyi əməliyyatda azı 150 nəfər həlak olub. Bu barədə ərəb mediası məlumat yayır.

Məlumata görə, Xan Yunis və Qəzza şəhərindəki hücumda mülki avtomobil və yaşayış evi hədəf alınıb.

Yerli sakinlər bildirir ki, İsrail Qəzzanın şimalında iki xəstəxananı boşalmağa məcbur edir. İsrail qüvvələrinin İndoneziya xəstəxanasını mühasirəyə aldığı bildirilir. Keçən həftə İsrailin hücumu nəticəsində yaxınlıqdakı Kamal Advani xəstəxanasının dağıdılmasından sonra heyət və xəstələrin xəstəxanada sığınacaq axtardıqları bildirilir.

Birləşmiş Millətlər Təşkilatı bildirir ki, İsrailin Qəzzada 27 tibb müəssisəsinə 136 hücumu qeydə alınıb və bu, çoxlu sayda insanın ölümünə və əhəmiyyətli dağıntılara səbəb olub.

Oxşar