İsrail ordusunun Qəzza zolağında keçirdiyi əməliyyatda son bir gündə 40 nəfər ölüb, 218 nəfər yaralanıb
İsrail ordusunun Qəzza zolağında keçirdiyi əməliyyatda son bir gündə 40 nəfər ölüb, 218 nəfər yaralanıb

İsrail ordusunun Qəzza zolağında keçirdiyi əməliyyatda son sutka ərzində 40 nəfər ölüb, 218 nəfər yaralanıb. Ərəb medialarının məlumatına görə, İsrail ordusu Qəzza və Rəfah şəhərlərini artilleriya atəşinə tutub. İsrail Hərbi Hava Qüvvələri Deyr əl-Bala şəhərini də bombalayıb.

Qəzza zolağının Səhiyyə Xidmətinin məlumatına görə, İsrailin oktyabrın 7-dən sonra Ərəb anklavında keçirdiyi hərbi əməliyyatlar nəticəsində ölənlərin sayı 37 124 nəfərə çatıb, 84 712 nəfər yaralanıb.

İsrail Müdafiə Qüvvələri Qəzzada həyata keçirilən əməliyyatla bağlı məlumat verib və buna əsasən İsrail hərbçilərinin HƏMAS döyüşçülərini öldürdüyü və Qəzzanın mərkəzində hərbi infrastrukturu məhv etdiyi bildirilib.