İsrail ordusunun əsgərləri Suriyanın Mədinət əl-Baat şəhərinə daxil olub

15:45, 30.12.2024

İsrail ordusunun əsgərləri Suriyanın Mədinət əl-Baat şəhərinə daxil olub. Sözügedən şəhər Quneytra bölgəsində yerləşir. Bildirilir ki, İsrail Müdafiə Qüvvələrinin əsgərləri axtarış aparmaq üçün şəhərdəki bir neçə hökumət binasına daxil olub.

Ərəb mənbələrinin məlumatına görə, İsrail ordusu şəhərdə axtarış əməliyyatı aparır və yerli sakinlərə də yaşadıqları ərazidə rouminqdən istifadə etmək qadağan edilib.

Mədinət əl-Baat İsrail Müdafiə Qüvvələrinin Əsəd rejiminin devrilməsindən sonra daxil olduğu İsrail və Suriya arasındakı bufer zonada yerləşir.

Oxşar