İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, bu gün səhər saatlarında Livandan İsrail istiqamətində 50-yə yaxın raket atılıb, yaşayış evlərinə ziyan dəyib
Bu gün səhər saatlarında Livandan İsrail istiqamətində 50-yə yaxın raket buraxılıb. İsrail mediası yuxarıdakıları İsrail Müdafiə Qüvvələrinə əsaslanaraq yazır.
Kütləvi informasiya vasitələrinin məlumatına görə, 10-a yaxın yaşayış evinə ziyan dəyib. Xəsarət alanlar barədə məlumat verilməyib.
Eyni zamanda, İsrail Müdafiə Qüvvələri Beyruta hücumlarını davam etdirir. Gecə İsrail Livan paytaxtının əhalisini təxliyə etməyə çağırıb.
“Diqqət, cənuba getmə. İsrail Müdafiə Qüvvələrinin bəyanatında deyilir: “Cənub istiqamətində hər hansı bir hərəkət sizin həyatınıza təhlükə yarada bilər”.