İsrail Müdafiə Qüvvələri Livandan İsrailə doğru atılan raketin Tel-Əviv yaxınlığında vurulduğunu bildirib

11:20, 25.09.2024

İsrail Müdafiə Qüvvələri Livandan İsrailə doğru atılan raketin Tel-Əviv yaxınlığında vurulduğunu açıqlayıb. Ölənlər və yaralananlar barədə məlumat verilməyib.

Təl-Əviv və Netanya bölgələrində həyəcan siqnallarından sonra Livandan İsrail hava məkanını keçən bir raket müdafiə sistemi tərəfindən zərərsizləşdirilib”. – bəyanatda qeyd olunur.

İsrail hakimiyyətinin məlumatına görə, oktyabrın 7-dən sonra İsrailin Netanya şəhərində ilk dəfə həyəcan siqnalı verilib. Daha sonra “Hizbullah” hücumun Tel-Əviv yaxınlığındakı İsrail kəşfiyyat xidməti Mossad-ın qərargahına yönəldiyini bildirib.

Oxşar