İsrail Müdafiə Qüvvələri Həsən Nəsrullahla yanaşı, “Hizbullah”ın müxtəlif rütbəli 20 komandirinin məhv edildiyini bildirib

19:10, 29.09.2024

İsrail Müdafiə Qüvvələri Həsən Nəsrullahla yanaşı, “Hizbullah”ın müxtəlif rütbəli 20 komandirinin məhv edildiyini bildirib. Onların arasında Hizbullahın cənub cəbhəsinin lideri Əli Karak da var.

İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, Nəsrullahın təhlükəsizlik bölməsinin rəhbəri İbrahim Hüseyn Cazin və İsrail Müdafiə Qüvvələri tərəfindən “Nəsrullahın uzun müddətdir sirdaşı və müşaviri” kimi təsvir edilən Samir Tofiq Dibi öldürülüb.

Məlumat üçün bildirək ki, ötən gecə İsrail Hizbullahın mərkəzi qərargahına hücum edib. Hücum nəticəsində “Hizbullah”ın lideri Həsən Nəsrullah öldürülüb.

Oxşar