İsrail Müdafiə Qüvvələri ABŞ və Böyük Britaniyanın İsrail hava məkanından kənarda 100-dən çox İran pilotsuz uçuş aparatını zərərsizləşdirməyə müvəffəq olublar
ABŞ və Böyük Britaniya İsrailin hava məkanından kənarda 100-dən çox İran pilotsuz pilotsuz uçuş aparatını zərərsizləşdirməyə müvəffəq olublar,- bu barədə İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi bildirib.
Bundan əvvəl İsrail Müdafiə Qüvvələri İrandan İsrail istiqamətində uçan 100-dən çox pilotsuz uçuş aparatını müəyyən etdiklərini təsdiqləyib.
Məlumat üçün bildirək ki, İsrail mediası İranın İsrail istiqamətində onlarla pilotsuz uçuş aparatını buraxdığını yazıb. Daha sonra İran İsrail istiqamətində ballistik raketlərin ilk dalğasını buraxdı. Bununla yanaşı, İranın BMT-dəki nümayəndəliyi bəyanat yayaraq bildirib ki, BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, İranın hərbi əməliyyatı sionist rejimin Dəməşq təcavüzünə cavabdır və məsələni qapalı hesab etmək olar.