İsrail Müdafiə Nazirliyi – Qəzza zolağında müharibə başlayandan bəri İsrail ordusu, polisi və təhlükəsizlik strukturlarının 890 üzvü öldürülüb

12:17, 25.10.2024

Ötən ilin oktyabrında Qəzza zolağında müharibə başlayandan indiyədək İsrail ordusu, polisi və təhlükəsizlik strukturlarının 890 nümayəndəsi həlak olub. Ölənlərdən 808-i İsrail Müdafiə Qüvvələrinin üzvləridir.

Bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.

İsrail Müdafiə Agentliyinin məlumatına görə, ölən 374 vətəndaşın yaşı 21-dən aşağıdır.

İsrail Müdafiə Nazirliyinin məlumatına görə, Qəzza zolağı, Livan və İordan çayının qərb sahilində əsgərlər, polislər və təhlükəsizlik xidmətinin nümayəndələri həlak olub.

Oxşar