İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, “Hizbullah”ın lideri Həsən Nəsrullah likvidasiya edilib

13:49, 28.09.2024

İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, “Hizbullah”ın lideri Həsən Nəsrullah likvidasiya edilib.

İsrail Müdafiə Qüvvələrinin bəyanatında deyilir: “Həsən Nəsrullah artıq dünyanı terror edə bilməyəcək. Bundan əlavə, bəyanatda qeyd edilir ki, hücum nəticəsində Nəsrullahdan başqa, cənub cəbhəsinin komandiri də daxil olmaqla, “Hizbullah”ın digər üzvləri də likvidasiya edilib.

“Hizbullah” hələlik Həsən Nəsrullahın ölümü ilə bağlı məlumatı təsdiqləməyib.

Məlumat üçün bildirək ki, ötən gecə İsrail Hizbullahın mərkəzi qərargahına hücum edib. İsrail hərbçiləri qruplaşmanın qərargahının Beyrutun cənubundakı Dahiyə ətrafında yaşayış binalarının altında olduğunu bildirir. KİV-in məlumatına görə, “Hizbullah”ın qərargahına hücum nəticəsində 2 nəfər ölüb, 76 nəfər yaralanıb, onlardan 15-i təcili xəstəxanaya yerləşdirilməlidir.

Oxşar