İsrail mediası - İran apreldə İsrailə qarşı həyata keçirdiyi hücumdan əvvəl olduğu kimi raket və pilotsuz uçuş aparatları hazırladı
İsrail mediası - İran apreldə İsrailə qarşı həyata keçirdiyi hücumdan əvvəl olduğu kimi raket və pilotsuz uçuş aparatları hazırladı

İran apreldə İsrailə qarşı həyata keçirdiyi hücumdan əvvəl olduğu kimi raket və pilotsuz uçuş aparatları hazırladı, – bu barədə “The Times of Israel” yazır.

Nəşrin məlumatına əsasən, israilli jurnalist Barak Ravid bildirir ki, israilli rəsmi şəxslər nə İsrailin, nə də ABŞ-ın İranın cavab hücumunun dəqiq vaxtını proqnozlaşdıra bilməyəcəyini vurğulayıblar.

Bununla yanaşı, Ravidin söylədiyinə görə, yüksək rütbəli İsrail rəsmisi qeyd etdi ki, “iranlılar hücumun apreldə həyata keçirilən hücumdan daha geniş miqyasda olacağı barədə ictimai bəyanatlarından başqa, İsrailə qarşı mühüm hücum keçirəcəkləri barədə qərarı açıq şəkildə bildirirlər, İranın ictimai bəyanatları geri çəkilmənin heç bir növünü əhatə etmir.”

Xatırladaq ki, aprelin 13-14-də İran İsrail istiqamətində 300 raket və pilotsuz uçuş aparatı atıb, onların əksəriyyəti İsrail və onun müttəfiqləri tərəfindən vuruldu.