İsrail Livanın cənubundakı hədəflərə hücum edib
İsrail Livanın cənubundakı hədəflərə hücum edib

Gecə saatlarında İsrail aviasiyası və artilleriyası Livanın cənubundakı hədəflərə hücum edib.

Bir neçə saat əvvəl Livandan İsrail istiqamətində onlarla raket atılıb. İsrail silahlı qüvvələri zərbələrin üçüncü gündür ki, davam etdiyini bildirir.

İsrailin cavab hücumu nəticəsində Hizbullahın infrastrukturuna zərbələr endirilib.