İsrail küçələrində hökumət əleyhinə aksiyalar keçirildi
İsrail küçələrində hökumət əleyhinə aksiyalar keçirildi

İsrail küçələrində hökumət əleyhinə aksiyalar keçirildi. Aksiya iştirakçıları “HƏMAS” tərəfindən götürülən israilli girovların azad edilməsini, İsrailin baş naziri Binyamin Netanyahunun istefasını, növbədənkənar seçkilərin keçirilməsini tələb edirdilər.

Təl-Əviv və bir sıra şəhərlərdə keçirilən etiraz aksiyasında girovların ailə üzvləri də iştirak etdi.

Qüdsdə isə insanlar Benyamin Netanyahunun iqamətgahı yaxınlığında toplaşaraq baş nazir və onun kabinetini Qəzzada girovları tərk etməkdə ittiham edirlər. İqamətgahın yaxınlığında girovlarla bağlı çağırışlar da səsləndirilib – “Biz onları sağ olaraq istəyirik”.