İsrail kəşfiyyatının yenilənmiş qiymətləndirməsinə əsasən, İran İsrailə birbaşa hücum etməyə hazırdır, hücum ola bilsin avqustun 15-nə planlaşdırılan atəşkəs razılaşması danışıqlarından əvvəl baş versin

İran İsrailə qarşı genişmiqyaslı hücuma hazırlaşır – bu haqda İsrailin müdafiə naziri Yoav Qalant amerikalı həmkarı Lloyd Ostinlə söhbəti zamanı deyib.

“Axios” nəşri yazır ki, İsrail kəşfiyyatının yenilənmiş qiymətləndirməsinə əsasən, İran Tehranda “HƏMAS”ın siyasi lideri İsmayıl Haniyənin qətlə yetirilməsinə cavab olaraq İsrailə birbaşa hücum etməyə hazırdır və ehtimal ki, bunu bir neçə günə edəcək.

Yeni kəşfiyyat qiymətləndirməsi göstərir ki, hücum ola bilsin avqustun 15-nə planlaşdırılan atəşkəs razılaşması danışıqlarından əvvəl baş versin.

İsrailin kəşfiyyat ictimaiyyəti hesab edir ki, “Hizbullah” ehtimal ki Beyrutda yüksək səviyyəli hərbi komandirinin qətlə yetirilməsinə cavab olaraq ilk zərbəni endirəcək və sonra İran ola bilsin öz birbaşa hücumu ilə qoşulsun.