İsrail İqtidarı Yerusəlimin dəmir yolu stansiyasına Donald Trampın adını verəcək
İsrail iqtidarı Yerusəlimin dəmir yolu stansiyasına ABŞ prezidenti Donald Trampın adını verəcək.
“Roiter”-in yaydığı məlumata görə, bu qərarı İsrail iqtidarı ABŞ prezidenti tərəfindən Yerusəlimin İsrailin paytaxtı olaraq, elan edilməsindən sonra verdi.
Qeyd olunan stansiya Yerusəlimin qədim hissəsində yerləşir, harayı ki, Fələstinlilər öz şəhərləri hesab edirlər.
“Bu stansiyaya Donald Trampın adı veriləcək, çünki o həqiqətən də tarixi bir qərar verdi və Yerusəlimi nəhayət İsrailin paytaxtı elan etdi” – dedi İsrailin Nəqliyyat Naziri İsrael Kats.
Bu bəyanatı Fələstin artıq qınadı və bu addımı qeyri-məqbul adlandırdı.