İsrail hərbçiləri Rafahın şərq hissəsində olan fələstinlilərə yaxınlıqdakı "humanitar zonaya" təxliyəyə dair çağırış ediblər
İsrail hərbçiləri Rafahın şərq hissəsində olan fələstinlilərə yaxınlıqdakı "humanitar zonaya" təxliyəyə dair çağırış ediblər

 
İsrail hərbçiləri Rafahın şərq hissəsində olan fələstinlilərə yaxınlıqdakı “humanitar zonaya” təxliyəyə dair çağırış ediblər.

İsrail tərəfi bu bəyanatı sosial şəbəkədə Rafahdan humanitar zonaya gedən marşrutu əks etdirən qrafiklə birlikdə dərc edib. İsrail tərəfinin bəyanatına əsasən, onlar səhra xəstəxanaları, qida, içki, dərman və çadırları əhatə edəcək humanitar zonanı genişləndirirlər.

“İsrailin Silahlı Qüvvələri müharibənin məqsədlərinə çatmaq üçün fəaliyyətini davam etdirir”-bəyanatda qeyd olunub.

Xatırladaq ki, bu bəyanatdan bir neçə saat əvvəl İsrailin müdafiə naziri Yoav Qalant qeyd etmişdi ki, “HƏMAS” atəşkəs məsələsinə ciddi baxmır və bu da, Qalantin sözlərinə görə, İsrailin yaxın gələcəkdə Rafahda hərbi əməliyyatlara başlayacağı mənasına gəlir.