İsrail-Gürcüstan istiqamətində yeni aviareys təyin edilib.
Bu barədə Gürcüstanın İsrail Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Laşa Jvania məlumat yayır.
“Ötən həftə İsrail və Gürcüstan arasında həftəlik uçuşların tezliyini 35-dən 42-yə artıra bildik.
İndi tamamilə yeni marşrut – yay mövsümündə “Airkia” şirkəti tərəfindən həyata keçiriləcək Ramon (Eilat)-Batumi istiqaməti əlavə edildi.
İqtisadiyyat Nazirliyi, Aviasiya Agentliyi və Turizm Administrasiyasının fantastik komandasına, eləcə də israilli həmkarlarımıza möhtəşəm, effektiv əməkdaşlığa görə minnətdarıq.
İki ölkə arasında hava hərəkətinin artması ölkəmizə böyük marağın olduğunu göstərir ki, bu da ilk növbədə təhlükəsiz, yaxşı, xoş mühitin mövcudluğundan irəli gəlir.
Gürcüstan və İsrail aviaşirkətlərinə uğurlar” -deyə Laşa Jvania sosial şəbəkədə yazır.