İsrail Qəzza zolağında atəşin yanvarın 19-da yerli vaxtla saat 08:30-da dayandırılacağını təsdiqləyib.
İsrail Müdafiə Qüvvələri Qəzza zolağında atəşkəs razılaşmasının icrasına yanvarın 19-da yerli vaxtla saat 08:30-da başlanacağını təsdiqləyib.
Bundan əvvəl sözügedən məlumat Qətərdə də təsdiqlənmişdi.
“İsrail Müdafiə Qüvvələri HƏMAS-ın əsirliyindən azad edildikdən sonra girovları qəbul etməyə hazırdır və hər bir detalı diqqətlə nəzərdən keçirərək, müvafiq fiziki və psixoloji dəstək verməyə çalışır”. – İsrail Müdafiə Qüvvələrinin bəyanatında deyilir.
Onların sözlərinə görə, silahlı qüvvələr Qəzza zolağının yaxınlığında yaşayan İsrail vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün “hərəkət etməyə davam edəcək”.