İsrail Fələstin hakimiyyəti ilə işləyən səkkiz norveçli diplomatın akkreditasiyasını ləğv edib
İsrail Fələstin hakimiyyəti ilə işləyən səkkiz norveçli diplomatın akkreditasiyasını ləğv edib

 
İsrail Fələstin hakimiyyəti ilə işləyən səkkiz norveçli diplomatın akkreditasiyasını ləğv edib.

İsrailin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, bu addım Norveç hökuməti tərəfindən son vaxtlarda İsrailə qarşı atılmış birtərəfli addımlara, o cümlədən Fələstin dövlətinin tanınması və Norveçin yüksək səviyyəli rəsmi şəxslərinin sərt bəyanatlarına cavabdır.

Norveçin Yerusəlimdəki səfirini Xarici İşlər Nazirliyinə çağırıblar və diplomatların akkreditasiyasının 7 günə, vizalarının isə 3 aya ləğv ediləcəyi haqda məlumatlandırıblar.

“Oktyabrın 7-dən sonra Fələstin terrorizmi ilə mübarizə aparmaq və İsrailin İranın şər oxuna qarşı mübarizəsini dəstəkləmək yerinə, Norveç “HƏMAS”ı, qatilləri və zorakılıq törədənləri Fələstin dövlətinin tanınması şəklində mükafatlandırmağı seçdi. Həmçinin, Oslo Beynəlxalq Ədalət Məhkəməsində bizə qarşı qaldırılmış əsassız iddiaya qoşuldu” – İsrailin xarici işlər naziri İsrael Kats bildirib.