İsrael Kats – Əgər “HƏMAS” İsrail əsgərini qaçırarsa, Qəzza şəhəri əhalisiz qalacaq
Əgər “HƏMAS” İsrail əsgərini qaçırarsa, Qəzza şəhəri əhalisiz qalacaq, – bu barədə İsrailin müdafiə naziri İsrael Kats bəyan edib. İsrail müdafiə qurumunun rəhbəri deyir ki, “HƏMAS”ın israilliləri qaçırmaq üçün yeni cəhdlər planlaşdırdığını göstərən “müxtəlif niyyətlər və kəşfiyyat məlumatları” mövcuddur.
Kats təhlükə ilə bağlı təfərrüatları dəqiqləşdirmir, lakin həm Qəzzada fəaliyyət göstərən hərbi qruplaşmaya, həm də İran və Türkiyəyə xəbərdarlıq edir.
“Müxtəlif niyyətləri və kəşfiyyat məlumatlarını nəzərə alaraq, terrora dəstək verən təşkilata və onun tərəfdarlarına — İrandan tutmuş Ərdoğana qədər xəbərdarlıq edirəm: Əgər bircə İsrail əsgəri və ya mülki vətəndaşı belə qaçırılarsa, Qəzza şəhərinin bütün əhalisi — bir milyon insan — cənub istiqamətinə təxliyə ediləcək”, – Kats bildirir.
İsrailin müdafiə naziri həmçinin bildirir ki, İsrail “HƏMAS məhv edilənə və Qəzza tərksilah edilənə qədər İsrail Qəzzadakı mövcud “sarı xəttdən Qəzza daxilindəki yeni dislokasiya xətlərinə geri çəkilməyəcək”.