İspaniyanın Xarici İşlər Nazirliyi Arçil Tatunaşvili məsələsi ilə bağlı bəyanat yaydı
İspaniyanın Xarici İşlər Nazirliyi Arçil Tatunaşvili məsələsi ilə bağlı bəyanat yaydı

İspaniyanın Xarici İşlər Nazirliyi işğal altında olan Sxinvalidə Gürcüstan vətəndaşı Arçil Tatunaşvilinin ölüm faktı ilə bağlı bəyanat yaydı.

“Tvitterdə” yayılan bəyanatda vurğulanır ki, İspaniya Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir.

“İspaniya iqtidarı gözləyir ki, de-fakto iqtidar həbs edilən Gürcüstan vətəndaşının ölümü ilə bağlı obyektiv və detallı istintaq aparacaq. Gürcüstanın əari bütövlüyünü və suverenliyini dəstəklədiyimizi bir daha vurğulamaq istəyirəm” – deyilir İspaniyanın Xarici İşlər Nazirliyinin bəyanatında.