İspaniyanın xarici işlər naziri - Gürcüstanı və həmkarım İlia Darçiaşvilini Avropa Komissiyasının qərarı münasibətilə təbrik edirəm, bu, Avropa yolunda irəliyə doğru atılan daha bir addımdır
İspaniyanın xarici işlər naziri Xose Manuel Albares Gürcüstan və xarici işlər naziri İlia Darçiaşvilini Avropa Komissiyasının qərarı münasibətilə təbrik edir.
Xose Manuel Albaresin “Twitter” səhifəsində yazdığı kimi, Avropa İttifaqına namizəd ölkə statusunun verilməsinə dair tövsiyənin verilməsi Avropa yolunda irəliyə doğru atılmış daha bir addımdır.
“Gürcüstanı və həmkarım İlia Darçiaşvilini Avropa Komissiyasının Gürcüstana Aİ-yə namizəd ölkə statusu verilməsi ilə bağlı tövsiyəsi münasibətilə təbrik edirəm. Bu, İspaniyanın qətiyyətlə dəstəklədiyi Avropa yolunda irəliyə doğru atılmış daha bir addımdır” – Xose Manuel Albares yazır.