İspaniyanın baş naziri Kataloniyaya getdi
İspaniyanın baş naziri Kataloniyaya getdi

İspaniyanın baş naziri Kataloniyaya getdi.

Bu, Madrid tərəfindən, müvəqqəti olaraq, regionun muxtariyyatının ləğv edilməsi barədə qəbul edilən qərardan sonra, Maryano Raxoyun, Barselonaya ilk səfəridir

İspaniya iqtidarının başçısı öz tərəfdarları ilə görüşdü və dekabrın 21-də təyin edilən növbədən kənar seçkilərdə “xalq partiyasının” namizədlərini təqdim etdi.

O yenə qeyd etdi ki, Kataloniyalı separatistlər ona başqa çıxış yolu buraxmadılar və müvəqqəti olaraq, muxtariyyat ləğv olundu.

Onun dediyinə görə, seçkilərdən sonra, Kataloniyada separatist məsələsi aradan qaldırılacaq.