İspaniyanın baş naziri həyat yoldaşının korrupsiya işi ilə əlaqəsi olması səbəbindən dövlət vəzifələrindən uzaqlaşdırılıb
İspaniyanın baş naziri həyat yoldaşının korrupsiya işi ilə əlaqəsi olması səbəbindən dövlət vəzifələrindən uzaqlaşdırılıb

İspaniyanın baş naziri Pedro Sançes ictimai vəzifələrini dayandırıb. Bu barədə “BBC” məlumat yayır.

Məlum olduğu üzrə, buna səbəb korrupsiyada şübhəli bilinən Sançesin həyat yoldaşı Beqona Qomezdir.

Mediada yayılan məlumata əsasən, artıq müvafiq qurum faktla bağlı araşdırmalara başlayıb.

Baş nazir bildirib ki, həyat yoldaşı hüquqlarını müdafiə edəcək və məhkəmə sistemi ilə əməkdaşlıq edəcək.

Antikorrupsiya hərəkatı Beqona Qomesə qarşı şikayət verib.

Həmçinin, Sançes vəzifəsində qalıb-qalmayacağını aprelin 29-da açıqlayacağını bildirib.