İspaniyada soyuq havalara görə həlak olanların sayı dörd oldu.
Filomena qasırğası və böyük qar yağışı ölkədə nəqliyyatın hərəkatına mane oldu.
Böyük qar yağışına görə, yollarda qalan insanları xilas etmək üçün ölkə iqtidarı hərbiçiləri göndərdi.
Medyanın məlumatına görə, İspaniyada Filomena qasırğası nəticəsində son on illərin ən böyük qar yağışı oldu.
İspaniyanəın Daxili İşlər Naziri Fernando Qrandenin bəyanatına görə, İspaniyada son 50 il ərzində ən böyük qasırğa baş verdi.
Ölkə iqtidarı əhaliyi evdə qalmağa çağırdı.