İspaniyada evlərin soyulması ittihamı ilə üç Gürcüstan vətəndaşını yaxaladılar
Madrid və Alikantedə evlərin soyulması ittihamı ilə üç Gürcüstan vətəndaşını yaxaladılar. İspaniya mediyasının məlumatına görə, cinayətkar qruplaşma üzvləri altı evin soyğunçuluğunda ittiham olunurlar.
İttiham olunanların baş qərargahı Alikante şəhərində idi və onları Madridə yollanarkən yaxaladılar.
İspaniya polisində bəyan edirlər ki, Gürcüstan vətəndaşlarına qarşı ittihamı Alikantedə iki evin və Madriddə dörd evin soyğunçuluğuna görə irəli sürdülər.
İspaniya hüquqmühafizəçiləri bəyan edirlər ki, istintaq çərçivəsində, daha bir neçə nəfərin yaxalanması mümkündür.