İspaniya və Norveç kimi İrlandiya da mayın 28-də Fələstini dövlət kimi tanımağı planlaşdırır
İspaniya və Norveç kimi İrlandiya da mayın 28-də Fələstini dövlət kimi tanımağı planlaşdırır

İrlandiya mayın 28-də Fələstini dövlət kimi tanımağı planlaşdırır. Məlumatı “BBC” yayır.

İrlandiyanın baş naziri Saymon Harrisin izahatına görə, “daimi sülh ancaq azad insanların, azad iradə əsasında təmin oluna bilər”.

Onun sözlərinə görə, iki dövlət prinsipi sülhə aparan yeganə etibarlı yoldur.

“Bu gün biz Fələstin və İsrail xalqlarının bərabər təhlükəsizlik, ləyaqət və öz müqəddəratını təyinetmə hüququna birmənalı dəstəyimizi açıq şəkildə bildiririk”, – İrlandiyanın xarici işlər naziri Maykl Martin bildirib.