İspaniya məhkəməsi Karles Puçdemon və keçmiş nazirlərə qarşı həbs orderini ləğv etdi
İspaniya məhkəməsi Karles Puçdemon və Kataloniya hökumətinin keçmiş dörd nazirinə qarşı çıxarılan həbs orderini ləğv etdi.
İspaniya mediyasının məlumatına görə, qərarı İspaniya Ali Məhkəməsi qəbul etdi.
Kataloniyada bu gün seçkiqabağı kampaniya başladı.
Dünən Belçika məhkəməsi qərarın çıxarılmasını 14 dekabra keçirdi.