İspaniya mediası İspaniyada gürcü cinayətkar qruplaşmalarına qarşı keçirilən genişmiqyaslı xüsusi əməliyyat nəticəsində 30-dan çox şəxsin saxlanıldığına dair məlumat yayır
İspaniyada gürcü cinayətkar qruplaşmasına qarşı genişmiqyaslı xüsusi əməliyyat keçirilib. İspaniya mətbuatının məlumatına əsasən, xüsusi əməliyyat nəticəsində 30-dan çox şəxs saxlanılıb. Cinayətkar qrupun fəaliyyəti evlərin soyulması və çirkli pulların yuyulması ilə bağlıdır.
Axtarışlar Barselona və Kataloniyanın digər yaşayış məntəqələri də daxil olmaqla 30-dan çox ünvanda aparılıb.
“Shodka” adlı xüsusi əməliyyat İspaniya Milli Polisi, İnterpol və ABŞ Federal Təhqiqatlar Bürosu ilə birgə həyata keçirilib. Əməliyyat tədbirlərində 350-yə yaxın Kataloniya polisi iştirak edib.
İspaniya mediasının məlumatında xüsusi əməliyyat çərçivəsində reydlərin keçirildiyi ünvanlar arasında nəqliyyat şirkətinin Barselonada yerləşən ofisinin də olduğu deyilir. İstintaq şirkətdən oğurlanmış əşyaları göndərmək üçün istifadə olunduğunu iddia edir.