İsmayıl Haniyənin qətlə yetirilməsindən sonra "HƏMAS"ın siyasi rəhbəri olaraq Yəhya Sinvar təyin edildi
İsmayıl Haniyənin qətlə yetirilməsindən sonra "HƏMAS"ın siyasi rəhbəri olaraq Yəhya Sinvar təyin edildi

 
Qəzza sektorunda qruplaşmanın lideri Yəhya Sinvar “HƏMAS”ın siyasi rəhbəri oldu.

Sinvar bu vəzifədə iyulun 31-də Tehranda qətlə yetirilmiş İsmayıl Haniyəni əvəz edəcək.

Məlumat üçün bildirək ki, İsmayıl Haniyənin qətlə yetirilməsindən sonra İran İsraili sərt cavabla təhdid edib. Bundan sonra ABŞ bölgəyə hərbi təyyarələrin eskadronunu və əlavə hərbi gəmilər göndərib.