İslandiyanın Xarici İşlər Naziri - Biz Gürcüstana ölkənin Avro-Atlantik istəklərinə yönəlik həmrəy olduğumuzu ifadə etmək üçün gəlmişik
İslandiyanın Xarici İşlər Naziri - Biz Gürcüstana ölkənin Avro-Atlantik istəklərinə yönəlik həmrəy olduğumuzu ifadə etmək üçün gəlmişik

Biz Gürcüstana ölkə rəhbərliyinə və xalqına hörmətimizdən gəlmişik.
Ümid edirik ki, Gürcüstanı Rusiyanın hücum etdiyi azadlıqları və hüquqları dəstəkləyən dünyanın bir hissəsi hesab edə bilərik, – bun barədə İslandiyanın xarici işlər naziri Tordis Kolbrun  Orbeliani sarayında Latviya, Litva və Estoniya xarici işlər nazirləri ilə birgə brifinqdə bildirib.

Onun sözlərinə görə, o, Gürcüstana ölkənin Avroatlantik istəklərinə yönəlik həmrəy olduğunu ifadə etmək üçün gəlib.

“Mən bu qanunvericiliklə təhlükəyə düşəcəyindən qorxduğumuz hər gün bu dəyərləri qorumaq üstünlüyündən istifadə edən kiçik bir ölkədən gəlirəm. Mən burada azadlığın, insan haqlarının, demokratiya və qanunun aliliyi dəyərlərinin Avro-Atlantik cəmiyyətində missiya haqqı deyil, rifah və sülhün yaxşılaşdırılmasının əsl açarı olduğunu demək istəyirəm. Biz bunu şəxsi təcrübəmizlə öyrənmişik. Biz şanslıyıq ki, Baltikyanı ölkələrlə sıx əməkdaşlıq edirik və bu yolun onların cəmiyyətinə necə rifah gətirdiyini görürük. Biz Gürcüstana onun rəhbərliyinə və xalqına hörmətimizdən gəlmişik. Ümid edirik ki, Gürcüstanı Rusiyanın hücum etdiyi azadlıqları və hüquqları dəstəkləyən dünyanın bir hissəsi hesab edə bilərik. Bu, real olaraq Gürcüstanın transatlantik yolunu dəstəkləyən Gürcüstan əhalisinin 85%-nin fikrində öz əksini tapıb”, – Tordis Kolbrun bildirib.