İslandiya Respublikasının Prezidenti Qudni Yohanesson Gürcüstanda rəsmi səfərdədir.
Gürcüstanın Prezident Administrasiyasının rəhbəri Natia Sulava və xarici işlər naziri İlia Darçiaşvili Tbilisi Beynəlxalq Hava Limanında İslandiya Prezidentini və dövlət nümayəndə heyətini qarşılayıblar.
Bu gün Orbeliani sarayında İslandiya Respublikasının Prezidenti Qudni Yohanessonun rəsmi qarşılanma mərasimi keçiriləcək.
Rəsmi səfər çərçivəsində Gürcüstan Prezidenti ilə İslandiya Respublikası Prezidentinin təkbətək və geniş tərkibdə görüşü keçiriləcək, bundan sonra prezidentlər birgə bəyanatlarla çıxış edəcəklər.
İslandiya Respublikasının Prezidentinin Gürcüstanın Baş naziri və Gürcüstan parlamentinin sədri ilə görüşləri nəzərdə tutulub.