İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı - Sionistlər "HƏMAS"ın lideri İsmayıl Haniyənin qətlinə görə peşman olacaqlar
İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı - Sionistlər "HƏMAS"ın lideri İsmayıl Haniyənin qətlinə görə peşman olacaqlar

 
Sionistlər “HƏMAS”ın lideri İsmayıl Haniyənin qətlinə görə peşman olacaqlar – bu haqda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-mayor Hosein Salami bildirib.

İranlı yüksək rütbəli hərbi məmur bildirib ki, sionistlər Haniyəni öldürməklə səhv etdiklərini başa düşəcəklər.

İran hakimiyyəti tərəfindən yayılmış son məlumata əsasən, İsmayıl Həniyəyə qarşı sui-qəsd planı ABŞ tərəfindən dəstəklənən sionist rejim tərəfindən hazırlanıb və həyata keçirilib.

İstintaqa əsasən, Haniyənin iqamətgahına kənarından 7 kiloqramlıq döyüş başlığına malik qısa mənzilli mərmi atılıb.