“İslam Dövləti” terorist təşkilatı Donald Trampın administrasiyasını, Qüdsün İsrailin paytaxtı elan etdiyinə görə, teraktlar törətməklə təhdid edir.
Qeyd olunan təhdidlər Teleqramın messencerində yerləşdirilib.
Təhdid mesajlarının yanında Nyu-York küçələrinin və partlayıcı maddələrin rəsimləri yerləşdirilib.
“Biz sizin torpaqlarınızda daha çox teraktlar törədəcəyik və sizi İraqda, Yemendə, Libiyada, Süriyədə və Əfqanistanda başlatdığınız müharibənin atəşində yandıracağıq” – deyilir təhdid mesajında.
“İslam Dövlətinin” təhdid mesajını Reuters agentliyi yayır.