Daxili işlər nazirini suallara cavab verməsi üçün dəvət edirik- bu barədə parlamentin müxalif üzvü Teona Akubardia parlamentin plenar iclasında açıqlayıb.
Teona Akubardia sərhəd polisindəki mövcud məsələlərlə bağlı audit xidmətinin 2019-2020-ci illər üzrə hesabatını deputatlara təqdim edib.
O, vəziyyətin 2022-ci ildə də dəyişmədiyini deyib.
“Parlamentdə çıxışı zamanı prioritetin sərhədi qorumaq olduğunu və hər şeyin mükəmməl getdiyini söyləyərkən, burada isə auditin belə bir nəticəsi olması fonunda daxili işlər nazirinin məsuliyyətsizliyindən təəccüb hissi keçirirəm”- deyə Teona Akubardia qeyd edib.
O, məhz sözügedən məsələ ilə bağlı “İslahatlar qrupu”nun Vaxtanq Qomelaurini parlamentə çağırdığını deyib.