İşğalçılar tərəfindən qanunsuz olaraq saxlanılan Gürcüstan vətəndaşın bacısı İrma Çxikvadze qardaşı haqqında heç bir məlumatının olmadığını deyir
Zemo Nikozi kəndi yaxınlığında Rusiya işğalçı qüvvələri tərəfindən qanunsuz olaraq saxlanılan Gürcüstan vətəndaşı Mamuka Çxikvadzenin bacısı İrma Çxikvadze qardaşı haqqında məlumatının olmadığını deyir.
“Məndə heç bir məlumat yoxdur. Onun azadlığa çıxmasını və evə sağ-salamat qayıtmasını istəyirəm. Mən və bizimkilər aksiya planlaşdırmırıq, istədiyimiz tək şey sağ olmasıdır. Heç nə bilmirik. Bir az məlumat almaq üçün əlimdən gələni edirəm, lakin məlumat görünmür. Orada onun necə olduğunu bilmirəm”, – deyə İrma Çxikvadze bildirib.
Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına görə, Rusiya işğalçı qüvvələri dekabrın 12-də Qori bələdiyyəsinin Zemo Nikozi kəndi yaxınlığında Mamuka Çxikvadzeni qanunsuz olaraq saxlayıb. Agentliyin məlumatına görə, qeyri-qanuni saxlanma barədə məlumat alan kimi DTX Avropa İttifaqının Monitorinq Missiyası vasitəsilə fəaliyyət göstərən “qaynar xətt”i işə salıb. Bundan əlavə, beynəlxalq tərəfdaşlara və Cenevrə Beynəlxalq Müzakirələrinin həmsədrlərinə məlumat verilib.
Eyni zamanda, DTX-də deyildiyi kimi, Aİ-nin Monitorinq Missiyası Gürcüstan vətəndaşının Nikozi kəndi yaxınlığında saxlanması ilə əlaqədar Qori Bələdiyyəsində qaynar xəttin işə salındığını təsdiqləyib.