İşğalçı rejimin məlumatına görə,işğal altındakı Abxaziyada koronavirusa daha bir yoluxma halı qeydə alınıb
İşğal altındakı Abxaziyada koronavirusa daha bir yoluxma halı qeydə alınıb.
İşğal altındakı Abxaziyanın Operativ Qərargahının məlumatına görə,koronavirus Moskvadan qayıtmış daha bir kursantda qeydə alınıb və o, Qudauta Rayon Xəstəxanasına yerləşdirilib.
İşğal altındakı Abxaziyada koronavirusa cəmdə 36 yoluxma halı qeydə alınıb.Hazırda onlardan 8-i Qudauta Rayon Xəstəxanasında stasionar müalicədən keçir,biri vəfat edib və 27 –si isə sağalıb.
Hazırladı-Sevinc Mustafayeva