İşğalçı rejim tərəfindən üç gün bundan əvvəl qeyri-qanuni şəkildə həbs edilən Zerta kəndinin sakini azad olundu
İşğalçı rejim tərəfindən üç gün bundan əvvəl qeyri-qanuni şəkildə həbs edilən Zerta kəndinin sakini azad olundu

Qori munisipalitetinin Berşueti kəndinin yaxınında üç gün öncə işğalçı rejim tərəfindən həbs edilən Zerta kəndinin sakini Malxaz Loluaşvili azad olundu.

İşğalçılar onu hüquqmühafizəçilərə Erqneti keçid məntəqəsində verdilər.

De-fakto rejim Malxaz Doluaşviliyi sözdə sərhədi keçmək ittihamı ilə həbs etmişdi və cərimə əsasında azad etdi.

60 yaşlı vətəndaş deyir ki, işğal xəttinin yanına ovçuluq üçün getmişdi.

“İtim onlar tərəfə keçdi deyə məni də həbs etdilər və dört saat rus bazasında saxladıqdan sonra, məni Sxinvali müvəqqəti təcridxanasına apardılar. Orada Gürcüstan vətəndaşlarını görmədim. Bu gün məhkəməm var idi, ailəm girov ödədi və azad edildim” – deyir Malxaz Doluaşvili.