İşğal rejimi tərəfindən müşahidəçilərin həbs edilməsi faktı ilə bağlı, Avropa İttifaqının xüsusi nümayəndəsi Moskvada görüşlər keçirəcək
Avropa İttifaqının müşahifəçilərinin həbs edilməsi həqiqətən ciddi bir insindentdir, Avropa İttifaqının müşahidəçilər missyası sadəcə olaraq, regionda sülhü qorumağa çalışır və missiyanın belə bir problemlərlə üzləşmək zorunda qalması əlbəttə ki, böyük bir problemdir, – bu barədə bəyanatı Avropa İttifaqının Xarici İşlər Xidmətinin baş katibinin müavini Jan Kristof Belyar verdi.
Jan Kristof Belyar bəyan edir ki, Avropa İttifaqı bu məsələyi mütləq müzakirə edəcək.
“Məsul şəxslər bu insindentin nəyə görə baş verdiyi ilə bağlı görüşlər keçirəcəklər. Gürcüstanın və bu regionunda vəziyyətin stabilləşdirilməsi bizim üçün xüsusi ilə önəmlidir. Bu məsələ ilə bağlı xüsusi nümayəndəmiz Moskvaya gedib, rus həmkarları ilə görüşəcək. Biz Cenevrə formatını və danışıqları və həmçinin, problemin sülh yolu ilə həll olunmasını dəstəkləyirik. Ümid edirik ki, bu dəfə də məsələyi sülh yolu ilə, diplomatik yollarla həll edə biləcəyik” – dedi Jan Kristof Belyar.
Xatırladaq ki, Avropa İttifaqının monitorinq missiyasının müşahidəçilərini işğal altında olan Sxinvali regionunun təhlükəsizlik qüvvələri, bugün Çorçona və Tsnelisi kəndinin kəndini yanında patrulluq etdiyi zaman həbs etdilər.