İşğal olunmuş Abxaziyanın separatçı hökuməti USAİD-in layihələrinin həyata keçirilməsini qadağan edib
İşğal olunmuş Abxaziyanın separatçı hökuməti USAİD-in layihələrinin həyata keçirilməsini qadağan edib.
Marionet rejimin qərarına əsasən, USAİD-in regional rəhbəri Con Pennellin Gürcüstanın işğal olunmuş bölgəsi ərazisinə girişi qadağan edilib.
Separatçı rejimin qərarına əsasən, məqsədi Abxaziya ərazisində yaşayan insanlarla Gürcüstanın mərkəzi hökumətinin nəzarətində olan ərazidə yaşayan vətəndaşlar arasında əlaqə yaratmaq olan belə layihələrin həyata keçirilməsi qadağandır. Abxaziyanın daxili və xarici problemlərini işıqlandırmaq məqsədi daşıyan media layihələrinin maliyyələşdirilməsi də qadağan edilib.
Separatçı rejimin məlumatına, ABŞ İnkişaf Agentliyi səkkiz milyon dollarlıq layihə təqdim edib.
“Bu layihənin praktiki icrası zamanı Abxaziya vətəndaşları ilə Gürcüstan vətəndaşları, o cümlədən qaçqınlar arasında birbaşa əlaqə yaratmaq məqsədilə onlayn və üzbəüz formatda dialoq platformalarının yaradılmasına səy göstərilib”, – separatçı rejimin bəyanatında qeyd olunub.
Müəllif -
Mehemmed Bayramaliyev