İşğal olunmuş Abxaziyanın qondarma Ali Məhkəməsi Kristine Takalandzeni "casusluq" ittihamı ilə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edib
İşğal olunmuş Abxaziyanın qondarma Ali Məhkəməsi Gürcüstan vətəndaşı Kristine Takalandzeni “casusluq” ittihamı ilə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edib.
25 yaşlı Kristine Takalandze 2022-ci ilin iyulun 20-də Qali rayonunda həbs edilib.
Zuqdididə anadan olan Kristine Takalandze Qali rayonunun Nabakevi kəndində yaşayırdı. Separatçı Abxaziya rejimi Takalandzeni Gürcüstan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham edir.