İşğal olunmuş Abxaziyada Raul Xacimba və müxalifət nümayəndələri arasında görüş başa çatdı
İşğal olunmuş Abxaziyada Raul Xacimba və müxalifət nümayəndələri arasında görüş başa çatdı

İşğal olunmuş Abxaziyada qondarma prezident, Raul Xacimba və müxalifət nümayəndələri Alxas Kvitisiani və Aslan Bjaniya arasında keçirilən görüş başa çatdı.

Rus mediasının məlumatına görə, görüşdə qondarma vitse-prezident Aslan Batsis və Təhlükəsizlik Şurasının mətbuat katibi Muhamed Kilba iştirak edirdilər. Yayılan məlumata görə, görüşdə tərəflər mövcud durumu müzakirə etdilər və yaranmış böhrandan çıxış yolu barəsində söhbət apardılar.