İşğal edilən Sxinvalidə həkim Vaja Qaprindaşvilinin növbəti məhkəmə prosesi bu gün keçirilir
İşğal edilən Sxinvalidə həkim Vaja Qaprindaşvilinin növbəti məhkəmə prosesi bu gün keçirilir.
Gürcüstanın Vəkillər Asosiasiyasının sədri Davit Asatiani bəyan edir ki, bütün prosedur şərtləri mövcuddur və Vaja Qaprindaşvilinin bu gün azadlığa buraxılacağı gözlənilir.
Parlamentin vitse-spikeri Gia Volski isə ümid edir ki, Sxinvalinin de-fakto iqtidarı doğru qərarı verəcək.
Vaja Qaprindaşvilinin ilk məhkəmə prosesi dekabrın 13-də keçirildi və işğalçı rejim onu həbsdə saxladı.
Vaja Qaprindaşvili bir aydan artıqdır ki, Sxinvali həbsxanasındadır.
İşğalçı rejim onu sərhədi pozmaqla ittiham edir.